İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
Ali təhsil;
Bank sektorunda müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
KPI metodologiyaları (SMART, OKR, Balanced Scorecard və s.) üzrə biliklər;
Data analitikası və hesabat hazırlamaq bacarığı (Excel-tələb, Power BI və ya digər analitik alətlər-üstünlük verilir);
Güclü analitik və nəzarət bacarığı;
Komandada işləmə və yüksək kommunikasiya bacarığı.
İŞİN TƏSVİRİ:
Bankın performans qiymətləndirmə sisteminin (KPI-lar, OKR-lər və s.) hazırlanması, tətbiqi, nəzarəti və optimallaşdırılması;
Müxtəlif struktur bölmələrlə əməkdaşlıq edərək fərdi və təşkilati KPI-ların müəyyən edilməsi, effektivliyinin ölçülməsi və analiz edilməsi;
Dövri qiymətləndirmələrin (rüblük, illik) təşkili, nəticələrin analiz edilməsi və hesabatların hazırlanması;
Performans qiymətləndirməsi üzrə məlumatların toplanması, təhlili və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Aşağı performans göstərən işçilər üçün inkişaf planlarının hazırlanması və izlənilməsi;
KPI-ların bonus, motivasiya və mükafatlandırma sistemləri ilə əlaqələndirilməsi;
Performans qiymətləndirməsi ilə bağlı əməkdaşların maarifləndirilməsi və sistemə inamın artırılması üçün təlimlərin təşkili;
Performans idarəetməsi üzrə ən yaxşı təcrübələri araşdırmaq və uyğun şəkildə şirkətə inteqrasiya etmək;
Performans qiymətləndirmə proseslərinin daha səmərəli olması üçün müvafiq HR texnologiyalarının tətbiqi və optimallaşdırılması;
Strateji HR qərarlarında iştirak edərək, şirkətin biznes məqsədlərinə uyğun performans idarəetmə modelinin inkişaf etdirilmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Performansın idarəedilməsi üzrə aparıcı/baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.