Şirvan şəhərində yerləşən istehsalat müəssisəmiz üçün "İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyası çərçivəsində yeni əməkdaş axtarışındayıq.
İnsan resursları üzrə aparıcı mütəxəssis
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, İdarəetmə və ya Sosial elmlər üzrə)
• İnsan Resursları sahəsində ən azı 2-4 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübə üstünlükdür)
• AR Əmək Məcəlləsini mükəmməl səviyyədə bilmək
• MS Office və 1C (və ya digər ERP sistemləri) proqramlarında sərbəst işləmək bacarığı
• Analitik düşüncə, yüksək ünsiyyət qurma bacarığı və operativlik
Vəzifə öhdəlikləri:
• AR Əmək Qanunvericiliyinə uyğun olaraq işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət və ezamiyyət əmrlərinin, eləcə də əmək müqavilələrinin hazırlanması və "ƏMAS" alt sistemində qeydiyyatı
• İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi
• Əmrlərin, sərəncamların, göstərişlərin və kadr sənədlərinin hazırlanmasının təmin edilməsi
• İş vaxtının uçotu, tabel uçot cədvəllərinin hazırlanması və onlara nəzarətin həyata keçirilməsi
• Kadr ehtiyaclarının müəyyən edilməsi, vakansiyaların hazırlanması və müsahibə prosesində iştirak edilməsi
• Yeni işə qəbul olunan işçilərin adaptasiya prosesinin təşkil edilməsi
İş qrafiki: 5 günlük iş rejimi
İş yeri: Şirvan
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis (Şirvan)” qeyd etməyiniz xahiş olunur.