GESCO Security "İnsan resursları üzrə aparıcı mütəxəssis" vakansiyasını aktiv elan edir.
Vəzifə öhdəlikləri:
• İnsan resursları proseslərinin effektiv və qanunvericiliyə uyğun icrasını həyata keçirmək;
• Əmək münasibətləri və sənədləşmə işlərinin AR Əmək Məcəlləsinə uyğun aparılmasını təmin etmək;
• İşçi məlumat bazasının tamlığını və aktuallığını qorumaq, 1C proqram təminatında düzgün məlumat dövriyyəsini idarə etmək;
• İnsan resursları üzrə statistik məlumatların, göstəricilərin və analitik hesabatların hazırlanmasını həyata keçirmək;
• İR əməliyyatları və inzibati prosedurların optimallaşdırılması istiqamətində təkliflər vermək;
• İnsan resursları siyasətinin gündəlik fəaliyyətə inteqrasiya olunmasını və korporativ standartlara uyğun icrasını təmin etmək;
• Rəhbərlik və struktur bölmələrlə əməkdaşlıq çərçivəsində İR əməliyyatlarının koordinasiyasını həyata keçirmək.
Namizədə dair tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
• AR Əmək Məcəlləsini və kadr uçotu qaydalarını bilmək;
• MS Office və 1C (8.3) proqramlarında sərbəst işləmə bacarığı;
• Dəqiqlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti.
Əlavə məlumat:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• İş rejimi: I–V günlər, 09:00–18:00;
• Nahar fasiləsi: 13:00–14:00;
• Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən olunur.
İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə aparıcı mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.