AL Market HR komandamıza yeni əməkdaş axtarırıq - İnsan Resursları üzrə Biznes Tərəfdaş!
Əgər insanlarla işləməyi sevirsənsə, işə qəbul prosesinə marağın varsa və dinamik komandada inkişaf etmək istəyirsənsə - səni dəvət edirik.
Səndən gözlədiklərimiz?
• Vakansiya və elanların hazırlanması
• Namizədlərlə müsahibələrin təşkili
• Test və imtahan mərhələlərinin idarə olunması
• Yeni əməkdaş məlumatlarının SAP sisteminə daxil edilməsi
• İştirak etdiyimiz karyera sərgiləri, açıq qapı günləri və digər HR tədbirlərində komanda ilə birlikdə işləmək
Axtardığımız tələblər?
• Ali təhsil (HR üzrə olması üstünlükdür)
• İşə qəbul sahəsində 2-3 il təcrübə
• MS Office bilikləri
• Əmək qanunvericiliyi barədə məlumat
• Xarici dil bilikləri üstünlükdür
• Ünsiyyətcil, məsuliyyətli, analitik düşüncəli olmağın
Biz HR olaraq sadəcə proses idarə etmirik — komandanın inkişafına real dəyər qatırıq.
Əgər bu yolda bizimlə olmaq istəyirsənsə:
CV göndərmək üçün: [email protected]
Mövzu hissəsində: "İnsan resursları üzrə mütəxəssis - 28434"
İş yeri: Bakı şəhəri