Azərbaycan Supermarket MMC " İnsan resursları üzrə kiçik inzibatçı" vakansiyasını elan edir.

 

Vəzifə öhdəlikləri:

• Əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına əsasən işçilərin düzgün şəkildə işə qəbul edilməsi, dəyişiklik edilməsi və xitam verilməsi (1C və elektron Hökumət Portalı- EMAS)

• Əmək müqavilələrinin hazırlanması və imzaladılması

• Şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması

  Əmək kitabçalarının düzgün şəkildə doldurulması, qeydiyyatının aparılması və təhvil verilməsi

  Müxtəlif növ arayışların və xasiyyətnamələrin hazırlanması

  İşçilərin tibbi yoxlamadan (obliqat kabinet) keçirilməsinin təşkilində iştirak etməsi

  Gündəlik İnsan Resursları ilə bağlı proseslərin əlaqələndirilməsi və idarə edilməsində dəstək göstərməsi.

• Tələb olunan digər tapşırıq və vəzifə öhdəliklərini yerinə yetirilməsi.

   

Tələblər: 

• Ali təhsil

• Müvafiq sahə üzrə minimum 1 il təcrübəsi

  Müvafiq sahə ilə bağlı qanunvericilik və Əmək Məcəlləsi üzrə biliklər

  Güclü ünsiyyət bacarığı.

  Tənqidi düşüncə və təhlil bacarıqları.

  Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarıqları.

  Sərbəst Microsoft Office istifadəçisi.

  Çeviklik və tez öyrənmək qabiliyyəti.

  Qərgin iş şəraitində işləmə bacarığı.

  Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “İnsan resursları üzrə kiçik inzibatçı” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.