İnsan resursları üzrə mütəxəssis Bazarstore

 

Müəssisə: BAZARSTORE MMC

 

Tələblər:

• İnsan resursları, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə ali təhsilli olmalı (İnsan Resursları üzrə magistr təhsili üstünlükdür);

• Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi olmalı (Pərakəndə sektorunda olması üstünlükdür);

• Əmək məcələsini, əmək qanunvericiliyini və kadr kargüzarlığını yüksək səviyyədə bilməli;

 

• MS Office proqramlarında sərbəst işləmək bacarığı olmalı;

• SAP HR modulnu bilənlərə üstünlük veriləcəkdir;

• İngilis və Rus dili bilikləri arzuolunandır;

• İşgüzar ünsiyyət, analizetmə, komandada işləmə bacarığı və inkişafa meylli olmalı;

 

İş haqqında:

• Yeni işə qəbul edilən işçilərin əmək qanunvericiliyinə əsasən sənədləşmə işilərini həyata keçirmək;

• Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyata alınması, yenilənməsi və ləğv edilməsi proseslərinin icra edilməsi;

• Vəzifə dəyişikliyi ilə bağlı sənədləşməni həyata keçirmək;

• İşçilərin şəxsi işlərini hazırlamaq və arxivləşdirmək;

• Ştat cədvəlinin tərtib edilməsi və daim yenilənməsi təmin etmək;

 

• İllik məzuniyyət qrafikinin hazırlanması və təsdiqindən sonra icrasını təmin etmək;

• Struktur bölmələr üzrə davamiyyət tabellərinin yoxlanılması və təsdiqlənməsini təmin etmək;

• İşçilərlə bağlı müxtəlif xarakterli əmrlərin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini təmin etmək;

• Struktur bölmələrdən daxil olan bütün aidiyyəti yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.

 

İş vaxtının norması

5 günlük iş rejimi;

İstirahət günü: Şənbə və Bazar günü.

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

 

Əmək haqqı: Razılaşma yolu ilə;

Nahar şirkət tərəfindən təmin edilir;

Ünvan:  Bakı şəhəri

 

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnsan resursları üzrə mütəxəssis Bazarstore” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.