İnsan resursları üzrə mütəxəssis vakansiyası

 

Namizədə olan tələblər:

        Ali təhsil;

        Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

        Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili və İngilis dili üstünlükdür )

        Kompüter bilikləri (MS Office)

        İşə planlı yanaşma;

        Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;

        Məsuliyyətlilik;

        Operativlik;

        Yaş həddi 25-40;

 

 

   İş haqqında məlumat:

        Kadr Kargüzarlığı və İşə Qəbul prosesininin, Əmək Məcəlləsinə, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzərə almaqla aparılması; 

        Kadr məlumat bazasının, dəyişiklikləri nəzərə almaqla, daim yenilənməsi;

        Kadr uçotuna və kadr kargüzarlığına aid olan sənədləşmənin  zamanında və keyfiyyətlə aparılması;

        İşçilərin davamiyyətinin qeydiyyatı, tabellərin hazırlanması və təqdim olunması;

        İşə yeni qəbul edilmiş və əmək müqaviləsinə xitam verilmiş işçilərin şəxsi işlərin təlimata uyğun qaydada yığılması və əmək fəaliyyəti ilə bağlı olan zəruri dəyişikliklərin daxil edilməsi;

        İşdən azad və yerdəyişmə zamanı işçilərin təhvil təslim prosesini təmin edilməsi;

        Vakansiyalara uyğun namizədlərin axtarışı;

        Namizədlərlə ilkin müsahibələri keçirmək;

        Müvafiq vəzifələr üzrə işə qəbul edilmiş namizədlərə sənəd siyahısı verərək sənədləşdirmək;

        İşdən çıxış üçün müraciət edən, həmçinin sınaq müddətini uğursuz başa vuran işçilərlə çıxış müsahibəsini aparmaq və müvafiq struktur bölmələrə məlumat verərək işçini işdən çıxış prosesinə yönləndirmək;

        İş analizinin aparılması və iş gücü planlaması

        Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi

 

İş şəraiti:

        6 günlük iş həftəsi ;

        Əmək Məcəlləsinə əsasən sənədləşmə;

        Korporativ nömrə;

        Əmək haqqı: 800-1000 AZN

Vakansiyaya müraciət üçün CV-ləri “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə

[email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.