İnsan Resursları üzrə Mütəxəssis vakansiyası
Vəzifə öhdəlikləri:
· Əmək münasibətlərinin qanunvericiliyə uyğun idarə olunması
· Əmək qanunvericiliyinə uyğun kadr uçotunun aparılması, bütün növ əmrlərin və digər HR sənədlərinin hazırlanması
· İşçi şəxsi işlərinin formalaşdırılması və arxivləşdirilməsi
· Şirkətdaxili məlumat bazası və elektron platformada işçi məlumatlarının gündəlik yenilənməsi və idarə olunması
· Aylıq davamiyyət, məzuniyyət və ezamiyyət məlumatlarının izlənilməsi
· İşçi məmnuniyyəti və korporativ mədəniyyət fəaliyyətlərinin təşkilində iştirak
· Daxili qayda və prosedurların hazırlanması və tətbiqinə nəzarət
· Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və düzgün icrasının təmin edilməsi
Tələb olunan Təhsil və Təcrübə:
· Ali (İnsan Resursları, Sosial Elmlər, İdarəetmə sahələrində ixtisaslar üstünlükdür);
· Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Tələb olunan Bilik və Bacarıqlar:
· Qərar qəbul etmə bacarığı;
· Komandada işləmək bacarığı;
· Yüksək kommunikasiya bacarığı;
· Analitik düşüncə və problem həll etmə bacarığı;
· Azərbaycan dili yüksək səviyyədə, İngilis dili – orta (ən azı pre-intermediate);
· Komputer bilikləri, o cümlədən “MS Office” proqramları - Word (əla), Outlook (Əla), Excel (yaxşı);
· ƏMAS, İSB, 1C, mygov.az portallarında işləməyi bacarmalı;
· Elektron məktub yazmaq bacarığı;
· Əmək Qanunvericiliyi və NK qərarları üzrə biliklər.
Tələb olunan davranış səriştələri:
· Məsuliyyətlilik və diqqətlilik
· Məxfilik prinsiplərinə riayət etmə
· Operativlik
· Stresə davamlılıq
· Təşkilatçılıq qabiliyyəti
· Nəticəyönümlülük və təşəbbüskarlıq
· Empatiya və əməkdaşlıq ruhu.
Təklif edirik:
· 5 günlük iş qrafiki
· Şirkət hesabına nahar təminatı
· Təlim və karyera inkişafı imkanları
· Tibbi sığorta paketi
· Korporativ tədbirlər və team building fəaliyyətləri
· Dinamik və dəstəkləyici komanda mühiti
AF City Biznes Mərkəzi, Rəşid Behbudov küçəsi 59, 16-cı mərtəbə