Vakansiya: İnsan Resursları üzrə Mütəxəssis 

 

 İş yeri: Baku Medical Plaza Klinikası – Babək filialı

 

Tələblər

•Ali təhsil;

•İnsan Resursları əməliyyatları sahəsində 1–3 il iş təcrübəsi;

•Əmək qanunvericiliyi üzrə nəzəri biliklər (işə qəbul və xitam, iş vaxtının tənzimlənməsi, ezamiyyə, məzuniyyət və s.);

•Müvafiq e-platformalarda əməliyyatların aparılması bacarığı;

•MS Office proqramlarından sərbəst istifadə bacarığı;

•Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.

 

Vəzifə öhdəlikləri

•Müqavilələrin, əmrlərin, hesabatların və İR ilə bağlı digər sənədlərin hazırlanması, emalı və arxivləşdirilməsi;

•İR məlumatlarının elektron hökumət portalına və müvafiq proqram təminatlarına daxil edilməsi;

•Saatlıq icazələrin uçotunun aparılması və matrisasının hazırlanması;

•Yeni işçilərin qeydiyyat prosesinin təşkili, onboarding prosesinin həyata keçirilməsi;

•İşdən çıxan əməkdaşlarla bağlı əməliyyatların icrası;

•Dövlət qurumlarından və digər strukturlardan daxil olan sorğuların cavablandırılması;

•Əməkdaşların davamiyyətinin izlənilməsi və qeydiyyatının aparılması;

•Müvafiq hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi;

•Məzuniyyət qrafiklərinin hazırlanması və icrasına nəzarət;

•Əmək haqlarının, son haqq-hesabların və məzuniyyət haqlarının hesablanaraq ödənişə göndərilməsi;

•Ştat cədvəli və struktur dəyişiklikləri ilə bağlı sənədləşmənin aparılması;

•Əməkdaşlar arasında yaranan münaqişələrin vəzifə səlahiyyətləri çərçivəsində həllinə dəstək göstərilməsi;

•Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

İş şərtləri

•İş qrafiki: 6 günlük iş həftəsi;

•İş saatları:

•Bazar ertəsi – Cümə: 08:00 – 17:00

•Şənbə: 08:00 – 12:00

•Əmək haqqı: 900 AZN;

•Karyera inkişafı imkanları;

•Peşəkar və mehriban iş mühiti.

 

Müraciət qaydası

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.