Komandamıza İnsan resursları üzrə təcrübəçi axtarırıq!

 

İş barədə məlumat:

- Yeni işə qəbul olunan əməkdaşların şəxsi işlərinin formalaşdırılması;

- Şəxsi işlərin qaydasında olmasına nəzarət;

- İşçilərin iş qrafiki üzrə işə cəlb olunması zamanı davamiyyətlərinin yoxlanılması, şöbələr üzrə icra olunan kadr əmrlərin rəhbərlik tərəfindən imza və möhür olunmasının həyata keçirilməsi;

- Arayışların, çıxarışların, tövsiyyə məktublarının hazırlanması;

- Əmək müqaviləsinin dəyişiklikləri ilə bağlı sənədlərin tərtibi və imzaladılması;

 

İş şəraiti:

- İş qrafiki 10:00 - 18:00;

- 6 günlük iş rejimi;

- Nahar və yol xərci qarşılanır.

Təcrübə müddəti 2 aydır, bu müddəti uğurla başa vuran namizədlər işlə təmin olunacaq. 

 

Tələblər:

- Ali təhsilli (iqtisadiyyat, menecment, insan resursları və s. ixtisası üzrə) yeni məzunlar;

- MS Office proqramlarından istifadə etmə bacarığı;

- Əmək məcəlləsi və qanunvericiliyin digər normativ qaydaları haqqında anlayış;

- ƏMAS portalından anlayış 

Tələblərə cavab verən namizədlər məktubunuzun mövzu (subject) hissəsində vakansiyanın adını qeyd edib CV formanızı [email protected] ünvanına göndərməyinizi xahiş edirik. Müraciət üçün son gün 15 iyuldur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.