ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci

İnsan Resursları və İnformasiya şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir

 

Vəzifənin məqsədi:

Kollecdə insan resurslarının idarə olunması, kadr siyasətinin formalaşdırılması və informasiya təminatının effektiv təşkili, əmək qanunvericiliyinə və müvafiq normativ-hüquqi aktlara uyğun olaraq şöbənin fəaliyyətinə rəhbərlik etmək.

 

Əsas vəzifə öhdəlikləri:

• İnsan resursları sahəsində strategiyanın hazırlanması və icrasına rəhbərlik etmək;

• İşə qəbul, yerdəyişmə, vəzifə artımı və əmək müqavilələrinin idarə olunmasını təmin etmək;

• Əmək qanunvericiliyinə, Təhsil Qanununa və digər normativ sənədlərə əməl olunmasına nəzarət etmək;

• Kadr uçotu, şəxsi işlərin aparılması və müvafiq hesabatların hazırlanmasını təşkil etmək;

• İnformasiya axınının düzgün və vaxtında təmin edilməsinə nəzarət etmək;

• Elektron məlumat bazalarının və sənəd dövriyyəsinin effektiv idarə olunmasını təmin etmək;

• Şöbənin işinin planlaşdırılması, koordinasiyası və əməkdaşların fəaliyyətinə rəhbərlik etmək;

• Rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək.

 

Namizədə tələblər

• Ali təhsil (idarəetmə, hüquq, insan resursları, təhsil sahəsi üzrə arzuolunandır);

• İnsan resursları sahəsində minimum 5 il iş təcrübəsi, rəhbər vəzifədə təcrübə üstünlükdür;

• Əmək Məcəlləsi və təhsil sahəsinə dair normativ-hüquqi aktlar üzrə biliklər;

• Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı (rus və ya ingilis dili arzuolunandır);

• Analitik düşünmə, təşkilatçılıq və liderlik bacarıqları;

• MS Office və müvafiq elektron idarəetmə sistemlərində işləmək bacarığı.

 

İş şəraiti

• Tam ştat;

• Əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;

• Peşəkar inkişaf və karyera imkanları.

 

Müraciət qaydası:

Namizədlər CV və motivasiya məktubunu mövzu hissəsində “İnsan Resursları və İnformasiya şöbəsinin müdiri” qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Sənədlərin son qəbul tarixi 15 yanvar 2026-cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.