Vakansiya: İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis

Şirkət: Zəfər Bağları MMC

 

Namizədə dair tələblər:

 

Texniki bacarıqlar

· Dil bilikləri: Azərbaycan dili (əla), İngilis və ya rus dili biliyi üstünlük hesab olunur.

· Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə mükəmməl biliklər

· Microsoft Office (hesabatlılığı təmin etmək məqsədilə xüsusilə excel)

· 1C 8.3 proqramı üzrə İnsan Resursları və əmək haqq modullarının istifadəsi üzrə biliklər

 

Yumşaq bacarıqlar

· Təşəbbüskarlıq,

· Detallara diqqət və komandada işləmə bacarığı

· Məsuliyyətli

· Operativ və nəticəyönümlü olmalı

 

Xüsusi tələblər:

· Ali təhsil (İnsan Resursları, Hüquq, Menecment və ya əlaqəli sahələr üzrə) 

· İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2-3 il 

· Şirkət ofisi Ağdam şəhərində yerləşdiyi üçün yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir. 

 

Reklam

Əsas vəzifə öhdəlikləri:

· İşə qəbul, elektron əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitam verilməsi proseslərinin Əmək Məcəlləsinə uyğun icrası;

· Əmək qanunvericiliyi və daxili prosedurlara uyğun olaraq İnsan Resursları sənədlərinin düzgün və vaxtında hazırlanması;

· Əmək intizamının təmin olunması və tənbeh tədbirlərinin qanunvericiliyə əsasən sənədləşdirilməsi;

· İşçilərin vəzifə dəyişikliyi, ixtisar və digər kadr dəyişikliklərinin qanunvericiliyə uyğun təşkili və sənədləşdirilməsi;

· Avtomatlaşdırılmış sistem üzərindən əmək haqqı hesablanmasının icra edilməsi

· Ofis daxilində inzibati və təsərrüfat işlərinin təşkili, dəftərxana və təminat məsələlərinə nəzarət;

 

İş şərtləri:

· İş saatı: 09:00-18:00 (Bazar ertəsi-Cümə)

· Nahar şirkət tərəfindən təmin edilir

· İş yeri: Ağdam şəhəri

· Əmək haqqı ştat cədvəlinə uyğun olaraq

 

Müraciət üçün son tarix: 27.08.2026

 

 CV-lərinizi [email protected] ünvanına “İnsan resursları və inzibati işlər üzrə aparıcı mütəxəssis” başlığı ilə göndərə bilərsiniz.

 

Qeyd: Yalnız vakansiyaya uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.