“Azerbaijan Ground Services” MMC “İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis” vakansiyasına işçi qəbulu elan edir!

 

Vəzifə öhdəlikləri:

 Əmək müqavilələrinin bağlanması, dəyişikliklərin və xitamın edilməsi;

 Əmrlərin, ərizələrin, arayışların və digər sənədlərin hazırlanması (məzuniyyət, ezamiyyət, işə qəbul, mükafat və s.);

Əməkhaqqı kartı sifarişlərinin verilməsi;

Tabellərin tərtib edilməsi;

 Vakansiyaların uyğun platformalarda paylaşılması;

 Uyğun namizədlərlə görüşlərin keçirilməsi;

 Sosial məzuniyyətlərə dair əməliyyatların icrası;

 Aylıq və rüblük statistik hesabatların hazırlanması;

 İcbari sığorta müqavilələrinin bağlanması və əlavələrin edilməsi ilə bağlı əməliyyatlar;

Kadr sənədlərinin uçotunun aparılması.

 

Namizədə tələblər:

 Ali təhsil;

 İnsan resursları sahəsində 2 illik iş təcrübəsi;

 Microsoft Office, Excel və 1C proqramlarında sərbəst işləmə bacarığı;

 İnsan resursları sahəsi üzrə nəzəri biliklər (Əmək Məcəlləsi, əlaqəli qanunlar və normativ aktlar);

 ƏMAS və Elektron Hökumət Portalında işləmək bacarığı.

 

İş şəraiti:

 Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq 5 günlük iş həftəsi;

 İş qrafiki: 09:00 – 18:00;

 İş yeri: Bakı Beynəlxalq Avtovağzal Kompleksi;

 Nahar fasiləsi: 13:00 – 14:00;

 Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq.

 

Mövcud vakansiya ilə maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.