“A+CO” ASC “İnzibati işlər üzrə operator” vəzifəsi üzrə işçi axtarışı elan edir. 

 

Vəzifə öhdəlikləri:

·       Şirkətin təminat fəaliyyətinin effektiv təşkili məqsədilə cavabdeh olduğu xidmətlərin icra vəziyyətinə dair vahid baza yaradılmasını təşkil etmək 

·       Alınan məhsulların müvafiq standartlara uyğunluğuna nəzarət etmək, qəbul prosesində iştirak etmək və ehtiyaclar üzrə aidiyyəti müəssisə və qurumlara sifarişlərin vaxtında verilməsini təmin etmək

·       Fəaliyyət istiqamətləri üzrə strateji və əməliyyat planlarının, eləcə də büdcənin hazırlanmasında iştirak etmək və təsdiq olunmuş planların icrasını təmin etmək;

·       İnzibati işləri səmərəli şəkildə təşkil etmək və daxili prosedurların tətbiqini təmin etmək;

·       Ofis idarəetməsinin effektivliyini dəstəkləmək və gündəlik inzibati fəaliyyətləri nəzarətdə saxlamaq;

·       Müqavilələri toplamaq və rüblük ödəniş hesabatlarını hazırlamaq;

·       Əlavə xərclərlə bağlı məlumatları dəqiq toplamaq və hesabatlarda əks etdirmək

·       Ofis anbarının fəaliyyətinə nəzarət etmək: təsərrüfat mallarının vaxtında təchiz olunmasını, əşyaların və materialların dövriyyəsini və texniki vəziyyətini izləmək;

·       İnzibati işlər şöbəsinin əməkdaşlarının fəaliyyətinin koordinasiyasında rəhbərliyə dəstək göstərmək;

·       Müvafiq İnzibati hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

 Tələblər:

·       25-35 yaş və yalnız xanım namizədlər;

·       Ali təhsil ;

·       Sənədləşmə qaydaları və kargüzarlıq işləri üzrə ilkin anlayış;

·       MS Office proqramlarından istifadə etmək bacarığı;

·       Məsuliyyətlilik, komanda ilə iş bacarığı, stressə davamlılıq;

İş şəraiti:

 ·       İş yeri: Xırdalan şəhəri;

 ·       İş qrafiki:  6 günlük iş qrafiki, saat 09:00-17:00; Şənbə günü 09:00-13:00

 ·       Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur.

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İnzibati işlər üzrə operator “ yazaraq [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.