Vakansiya: İnzibati köməkçi 

Bakı şəhərində yerləşən şirkətə inzibati və reseption funksiyalarını yerinə yetirəcək məsuliyyətli və nizam-intizamlı əməkdaş axtarılır.

 Əsas vəzifə öhdəlikləri:

·       Gələn zənglərin və sorğuların cavablandırılması, zəruri hallarda aidiyyəti şöbələrə yönləndirilməsi

·       Qonaqların qarşılanması və istiqamətləndirilməsi

·       Gündəlik inzibati işlərin təşkili və sənədlərin idarə olunması

·       Rəhbərliyin tapşırıqlarının vaxtında və dəqiq icrası

·       Ofis avadanlıqları və kargüzarlıq ləvazimatlarının idarə olunması, tələbatların təmin edilməsi

·       Daxili və xarici yazışmaların hazırlanması və qeydiyyatının aparılması

·       Görüşlərin təşkili və konfrans otaqlarının rezervasiyası

·       Ofisin ümumi iş mühitinin və səliqəsinin qorunmasına nəzarət

 Namizədə dair tələblər:

·       Oxşar sahədə minimum 1 il iş təcrübəsi (mütləq deyil)

·       Azərbaycan və rus dillərini səlis bilmək (ingilis dili arzuolunandır)

·        MS Office proqramlarında sərbəst istifadə bacarığı

·        Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti

·        Diqqətli, məsuliyyətli və etik davranışlı olmaq

·        Operativlik

 Əmək şəraiti:

·        İş qrafiki: I–V günlər, saat 10:00 – 19:00

·        Əmək haqqı: 700 AZN

 Müraciət üçün CV-nizi “İnzibati köməkçi” başlığı ilə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.