Araz Supermarket MMC komandasına qoşulmaq üçün fürsət!
Araz Supermarket MMC-də "İR Əməliyyatlar üzrə mütəxəssis" vakansiyası aktivdir.
İş yeri: Məhəmmədi qəsəbəsi
Vəzifə öhdəlikləri:
İşə qəbul, transfer və işdən çıxış proseslərinin həyata keçirilməsi.
Əməkdaşların şəxsi işlərinin hazırlanması, sənədləşdirilməsi və HR sistemlərində məlumatların idarə olunması.
HR əməliyyatları üzrə gündəlik proseslərin icrası, müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi və sənəd dövriyyəsinin idarə olunması.
Hesabatların hazırlanması, rəhbərlik tərəfindən verilən tapşırıqların icrası və digər HR əməliyyatlarının həyata keçirilməsi.
Tələblər:
İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Menecment və ya digər müvafiq sahə üzrə ali təhsil.
İnsan resursları sahəsində 1–3 il iş təcrübəsi.
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilmək.
Microsoft Office proqramlarında, xüsusilə Excel proqramında işləmək bacarığı.
Analitik düşünmə, məsuliyyətlilik, diqqətlilik, ünsiyyət və komanda ilə işləmə bacarığı.
Təminatlar:
Nahar
Servis xidməti
Korporativ nömrə
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində "İR Əməliyyatlar üzrə mütəxəssis" qeyd etməklə [email protected] ünvanına göndərə bilərlər.


