Sham-Fi International Trading Co. Şirkətinə İR Əməliyyatları üzrə Koordinator tələb olunur. Qeyd edim ki, ezamiyyə məsələlərinin olacağını nəzərə alaraq bəy namizədlərə üstünlük veriləcək.

 

Vəzifə öhdəlikləri

- İşçilərin işə qəbulu, vəzifə dəyişikliyi, məzuniyyət, ezamiyyət və əmək müqaviləsinə xitam daxil olmaqla bütün İR əməliyyatlarının qanunvericiliyə uyğun icrasını təmin etmək;

- ƏMAS sistemi üzərindən əmək münasibətləri ilə bağlı əməliyyatları həyata keçirmək;

- İnsan Resursları üzrə müvafiq hesabatları hazırlamaq;

- Daxili prosedurların və əmək qanunvericiliyinin tələblərinə uyğun sənədləşmə      proseslərini həyata keçirmək;

- İR əməliyyatlarının effektiv və vaxtında icrasını təmin etmək;

- ERP proqramının tətbiqində iştirak etmək;

- Şöbənin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqları yerinə yetirmək.

 

Tələblər

- İnsan Resursları sahəsində, xüsusilə İR əməliyyatları istiqamətində minimum 1 il iş təcrübəsi;

- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə nəzəri və praktik biliklər;

- ERP sistemləri və Microsoft Office proqramlarından, xüsusilə Excel-dən sərbəst istifadə     bacarığı;

- Analitik düşüncə, yüksək məsuliyyət və detallara diqqət;

Reklam

- Güclü ünsiyyət və komanda ilə işləmə bacarığı.

 

 Biz təklif edirik

- 5 günlük iş qrafiki;

- Rəqabətli əməkhaqqı;

- Korporativ mobil nömrə;

- Nahar təminatı;

- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

- Dinamik və korporativ iş mühiti.

- Ünvan: Ağ şəhər ərazisi

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “İR Əməliyyatları üzrə Koordinator” qeyd etməklə göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.