Dövlət Məşğulluq Agentliyi tərəfindən “İşgüzar söhbətlər” layihəsi çərçivəsində "İş müsahibəsinə hazırlıq: doğru namizəd olmaq" adlı ödənişsiz vebinar keçiriləcək.
Vebinarda nələr müzakirə olunacaq?
İşəgötürənlərin namizəd seçimində əsas meyarları
Müsahibə suallarına effektiv cavab vermək üçün praktik metodlar
İlk görüşdə peşəkar təsir yaratmaq yolları
Təcrübəsiz namizədlərin özünü düzgün təqdim etmək strategiyaları
Moderator: Dövlət Məşğulluq Agentliyinin Mentorluq və inkişaf şöbəsinin əməkdaşı Mikayıl Tağıyev
Spiker: Dövlət Məşğulluq Agentliyinin İşə qəbul və planlama şöbəsinin müdiri Gülnarə Cəfərli
Vebinarın keçiriləcəyi tarix və saat:
26 noyabr
20:00
Qeydiyyat üçün link: LİNK
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.