“Royal Sea Breeze Operation” MMC İşə qəbul/Recruitment üzrə menecer vakansiyasını elan edir:

 

 Əmək haqqı: Uğurlu namizədin gözləntisi nəzərə alınmaqla təyin ediləcək.

 

Vəzifə öhdəlikləri:

- İşçi ehtiyacının müəyyən edilməsi;

- Vakansiya tələbinin müəyyən edilməsi;

- Vakansiya elanlarının hazırlanması və işə qəbul kanallarında yerləşdirilməsi;

- Namizəd bazasının yaradılması;

- Namizədlərin seçilməsi və dəyərləndirilməsi;

- İş təklifinin verilməsi;

- Seçilən əməkdaşların müvafiq struktur bölməyə yerləşdirilməsi;

- Adaptasiya və Orientasiya proqramlarının hazırlanması və həyata keçirilməsi;

- İşçilərin sınaq müddətinin qiymətləndirilməsi;

- İşə qəbul ilə bağlı digər müvafiq fəaliyyətlərin icrası;

 

Tələblər:

- Ali təhsil;

- Müvafiq sahədə minimum 3 illik təcrübə;

- Komandada işləməyi bacarmalı;

- Analitik düşüncə qabiliyyəti;

- Səlis və işgüzar danışıq bacarığı.

- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;

- Rus və ingilis dillərinin yüksək səviyyədə biliyi mütləqdir.

 

Əlavə məlumat:

- Qrafik 5/2.

- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.

 

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:

e-mail: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.