Komandamıza işə qəbul üzrə mütəxəssis axtarılır!

 

Struktur şöbə/bölmə: İnsan resursları şöbəsi/İşə qəbul bölməsi

 

Vəzifə: İşə qəbul üzrə mütəxəssis

 

Vəzifə öhdəlikləri:

• Vakansiya elanlarının hazırlanması, müvafiq platformalarda yerləşdirilməsi və namizəd cəlb etmə strategiyalarının tətbiq edilməsi;

• Müraciətlərin ilkin olaraq qiymətləndirməsi və namizədlərin bilik, bacarıq və uyğunluğunun analiz edilməsi; 

• Telefon və üzbəüz müsahibələrin təşkili və aparılması, müsahibə nəticələrinin strukturlaşdırılmış formada qeydiyyatı;

• Müsahibə prosesinin koordinasiya edilməsi və rəhbərliklə qarşılıqlı əlaqənin təmin edilməsi;

• İşə qəbul göstəricilərinin izlənilməsi, mütəmadi hesabatlar hazırlanması və rəhbərliyə təqdim olunması;

 

Namizədə dair tələblər:

• Ali təhsil;

• Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;

• MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;

• Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq qabiliyyəti (ingilis və rus dili bilikləri üstünlükdür);

• Yüksək kommunikasiya və təqdimat bacarığı;

• Operativlik, məsuliyyət və analitik düşünmə qabiliyyəti.

 

Əlavə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

• İş qrafiki: I–V günlər, 09:00–18:00;

• Nahar fasiləsi: 13:00–14:00;

• Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.

 

İş yeri: Bakı şəhəri, Ziya Bünyadov pr. 1965-ci məhəllə, “Çinar Park” Biznes Mərkəzi

 

 Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.