Gənc Mühasiblər İctimai Birliyi Dövlət Məşğulluq Agentliyi ilə tərəfdaşlıq edərək, mühasibatlıq sahəsində ixtisaslaşmış kadr hazırlanmasına, “işsiz və işaxtaran” vətəndaşların məşğulluğunun təmin edilməsinə dəstək göstərir.

 

GMİB tərəfindən “Mühasib” peşə hazırlığı kursu çərçivəsində ACCA F3 5 ay müddətində keçiriləcək.

Daha sonra sizin imtahan xərcləriniz də qarşılanacaq.

“ ACCA F3 ” ödənişsiz təlimində iştirak edə bilər:

* Məşğulluq Altsistemində “işsiz” və ya “işaxtaran” kimi qeydiyyatda olan vətəndaşlar

* Məşğulluq imkanları qiymətləndirildikdən sonra, peşə hazırlığı istiqaməti üzrə uyğunluğu təsdiqlənən vətəndaşlar

*Mühasibatlıq üzrə baza bilikləri olan vətəndaşlar

*Bakalavr təhsili qiyabi olan vətəndaşlar

*İngilis dili minimum B1 səviyyə

Birinci ümumi mühasibatlıq dərsi keçirildikdən sonra ACCA F3 dərsləri keçiriləcək.

 

Kursda iştirak TAM ÖDƏNİŞSİZDİR.

Əsas şərtlərimiz : Kursu bitirən şəxslər imtahanda mütləq iştirak etməli və sertifikat əldə etməlidir.

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.