"VƏLİEV" MMC şirkətinə "İT Mütəxəssis" axtarılır.

 

Vəzifə öhdəlikləri:

1.    İstifadəçilərin texniki dəstəyi, yaranmış hardware və software problemlərinin diaqnostikası və aradan qaldırılması;

2.    Ofis avadanlığının quraşdırılması və konfiqurasiyası və bununla əlaqəli problemlərin aradan qaldırılması;

3.    Əməliyyat sistemlərinin yazılması; 

4.    Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini təmin etmək və avadanlıqlarda baş vermiş nasazlıqları yerində həll etmək; 

5.    Müxtəlif əməliyyat sisteminin yüklənməsi və sazlanması (Windows XP/Vista/7/8/8.1/10/11); 

6.    “Hardware” və “Software” sistemlərini quraşdırmaq; 

7.    E-poçtun quraşdırılması və konfiqurasiyası;

8.    Switch, AP və Router şəbəkə avadanlıqlarının quraşdırılması və göstərişə uyğun olaraq təyin olunmuş məntəqəyə yerləşdirilməsi;

9.    LAN, WAN, WiFi şəbəkələrinin işini dəstək səviyyəsində təmin etmək;

10. Kabelləri sonlandırmaq (rj45, patch-panel və data yuvasına);

11. Program təminatında texniki probemləri aradan qaldırmaq;

12. Biometrik sistemlərin qoşulmasını haqqında biliklər;

13. Şəbəkə printerlərinin quraşdırılması və idarə edilməsi.

 

Namizəd üçün tələblər:

1.    Müvafiq sahədə minimum 1-3 il iş təcrübəsi

2.   Fundamental Windows Server ƏS bilikləri (Active Directory, File Server, GPO); 

3.   Fundamental şəbəkə bilikləri (DHCP, DNS, NAT, VPN); 

4.    İP kameraların iş prinsipi; 

5.    DVR və NVR sistemləri haqqında biliklər (HİKVİSİON); 

6.    Komanda şəklində işləmə bacarığı, məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti; 

7.    Məxfilik qaydalarına riayət etmək.

 

İş şərtləri: 

Əmək haqqı: razılaşma yolu ilə

İş yeri: Sumqayıt şəhəri

Nahar və servis xidməti müəssisə tərəfindən təşkil edilir.

İş qrafiki: 6 günlük (6-cı gün qısa iş günü)

Namizədlərdən CV-lərini mövzu yerində "İT mütəxəssis" yazmaqla [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.