İT sahəsi üzrə kollec məzunlarının nəzərinə!
İnformasiya Texnologiyaları sahəsində fəaliyyət göstərən dövlət qurumları əmək münasibətlərin qurulması məqsədilə Bakı Kompüter Kolleci, Bakı Texniki Kolleci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, Sənaye və Texnologiya Kolleci, eləcə də Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin İnformasiya Texnologiyaları, Proqram Təminatı, Kompüter Sistemləri və Şəbəkələri, İnformasiya Sistemləri və digər əlaqəli İT ixtisasları üzrə məzunların axtarışındadır.
Namizədlərə dair tələblər:
-Yaş: 18–26
-Bəy namizədlər
-Həqiqi hərbi xidmətini başa vurmuş
-Göstərilən İT ixtisaslarından biri üzrə kollec təhsili
-Analitik düşünmə, məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı
-İnformasiya texnologiyaları sahəsində inkişaf etməyə motivasiyalı olmaq
Təklif olunur:
-Dövlət informasiya sistemləri ilə işləmək imkanı;
-Peşəkar inkişaf və öyrənmə mühiti;
-Təcrübəli mütəxəssislərlə əməkdaşlıq;
-Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
-Rəqabətqabiliyyətli əməkhaqqı
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini göstərilən elektron poçt ünvanına göndərə bilərlər:
[email protected]
Yalnız tələblərə uyğun namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.