Görəcəyiniz işlər:

Tibb müəssisələrində ixtisaslaşdırılmış tibbi xidmət növlərinin artırılması

İxtisaslı tibbi xidmətlərin planlanması, təşkili və keyfiyyətinin yaxşılaşdırılması

Tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflərin hazırlanması

Tibbi xidmətlərin icrasının izlənilməsi məqsədilə planlı səfərlərin təşkil edilməsi

Tibb müəssisələrində təşkilati-metodik fəaliyyətin təmin edilməsi və konseptual sənədlərin hazırlanması

Şöbənin fəaliyyətinə uyğun təlimat və prosedurların hazırlanması

Daxil olan müraciətlərin cavablandırılmasının təmin edilməsi

Şöbənin fəaliyyətinə dair dövri hesabatların hazırlanması

Bizim üçün uyğun namizəd:

Ali tibbi təhsil

Sahə üzrə minimum 4 il iş təcrübəsi

Kompüter bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı

Dil bilikləri: İngilis dili – yaxşı səviyyədə (arzuolunandır)

Səhiyyə sahəsində olan Azərbaycan Respublikasının qanunvericiliyini yaxşı bilməli

Komandada işləmə bacarığı

Analitik düşüncə

Məsuliyyətlilik

Nəticəyönümlülük

Problem həll etmə

Əlavə məlumatlar:

İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi

İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

CV [email protected] ünvanına göndərilməlidir

Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi - baş məsləhətçi” qeyd olunmalıdır

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Qeyd: TƏBİB təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Son müraciət

28.09.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.