IDEA İctimai Birliyi olaraq "IDEA Eko-Məktəblər” proqramına yenidən start verməkdən məmnunuq. Məqsədimiz məktəbləri ekoloji cəhətdən təmiz təcrübə mərkəzlərinə çevirmək və daha məsuliyyətli gələcək nəsillərin yetişməsinə töhfə verməkdir.
IDEA Eko-Məktəbi olmaq üçün meyarlar:
Daimi hesabat vermək üçün müəllim və tələbələrdən ibarət Eko-Komitə
Ekoloji təhsilin kurikuluma inteqrasiyası
Ekoloji təqvim günlərinin qeyd edilməsi
Ətraf mühitlə bağlı mövzularda siniflərarası müzakirələrin təşkili
IDEA-nın təmizlik və ağacəkmə aksiyaları kimi ictimai fəaliyyətlərində iştirak
Məktəb ərazisində enerjiyə qənaət tədbirlərinin reallaşdırılması
Eko-klubun yaradılması və ətraf mühitin mühafizəsinə aid fəaliyyətlərin təşkili
Müxtəlif təşəbbüslər vasitəsilə Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi
Eko-maarifləndirmə üçün oyunlar və yarışların təşkili
Sosial media platformalarında layihə çərçivəsində görülən işlərlə bağlı paylaşımlar
IDEA İctimai Birliyi tərəfindən göstəriləcək dəstək:
️Məktəblərin kağız və batareyalar üçün nəzərdə tutulan təkrar emal qutuları ilə təmin edilməsi
️Fəal iştirak edən məktəblər üçün "Yaşıl Bayraq" təltifi
IDEA-nın ictimai aksiyalarına və layihələrinə dəvət imkanı
Layihəyə qoşulmaqda maraqlı olan məktəblərdən linkə daxil olmaqla onlayn ərizə formasını doldurmaları və əlavə olaraq [email protected] elektron poçtuna məktub ünvanlamaları xahiş olunur.
Gəlin, daha yaşıl gələcək üçün birgə çalışaq!