Influencer & UGC şöbəmizə təcrübəçi axtarırıq!
Əgər influencer marketing və UGC sahəsini öyrənmək, real layihələrin içində olaraq prosesi praktik şəkildə mənimsəmək istəyirsənsə, bu vakansiya sənin üçün ola bilər.
Səndən gözləntilərimiz:
— Güclü kommunikasiya bacarığı
— Aktiv və məsuliyyətli olmaq
— Prosesi tez mənimsəmək və işin içində olmağa həvəsli olmaq
— Sosial media və influencer sahəsinə maraq göstərmək
Burada nələri öyrənəcəksən?
— UGC və influencer marketing proseslərinin necə idarə olunduğunu
— Böyük brendlərlə real layihələr üzərində işləməyi
— Brifdən kontentin təhvilinə qədər bütün prosesi
— Influencer və UGC creatorlarla düzgün kommunikasiya və koordinasiyanı
— Kampaniyanın gedişatını izləməyi və prosesdə yaranan məsələləri operativ həll etməyi
Təcrübə müddəti: 3 ay (uyğun olduğu təqdirdə müddət bitdikdən sonra işlə təmin olunacaq)
İş qrafiki: Tam və ya yarım ştat (danışıla bilər)
İş yeri: Bakı
Müraciət üçün:
CV və qısa motivasiya məktubunu “Influencer & UGC təcrübəçi” başlığı ilə bu ünvana göndər: [email protected]
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 23 Sentyabr 2026