"Kaspi" Beynəlxalq Məktəbi İnformasiya texnologiyaları üzrə kiçik mütəxəssis vəzifəsi üçün vakansiya elan edir.

  Minimum vakansiya tələbləri:
  • İnformasiya Texnologiyaları sahəsində orta ixtisas və ya ali təhsil;
  • İT sahəsində 1 ilədək təcrübə;
  • Azərbaycan dilində səlis, ingilis və rus dillərində orta səviyyəli dil bilikləri;
  • Kollektivlə işləmə və ünsiyyət qabiliyyəti.
  Tələb olunan bilik və bacarıqlar:
  • Microsoft texnologiyaları üzrə iş təcrübəsi;
  • Windows ƏS üzrə biliklər;
  • Windows server üzrə təməl biliklər;
  • MS ofis proqramlarında sərbəst iş qabiliyyəti;
  • LAN, WAN, DNS, DHCP sistemləri üzrə biliklər;
  • Şəbəkə printerləri, modem, marşrutlayıcı (router), çeviricilər (switch) üzrə biliklər;
  • Texniki analiz qabiliyyəti (texniki problemləri təyin etmək və həll etmək bacarığı);
  • Kompüter sistemləri, mobil qurğular və digər texniki məhsullar barədə anlayışlar;
  • Access Control system üzrə biliklər (arzu olunandır);
  • Security Camera Systems üzrə biliklər (arzu olunandır);
  Vəzifə öhdəlikləri:
  • İnformasiya
    texnologiyaları infrastrukturunu yaratmaq və fasiləsiz işini təmin etmək;
  • Şəbəkənin qurulmasını və tənzimlənməsini təmin etmək;
  • Kompyuter şəbəkələrində yaranmış nasazlıqları aradan qaldırmaq və şəbəkənin monitorinqini aparmaq;
  • Məlumatların arxivləşdirilməsini təşkil etmək;
  • Sistem və şəbəkə avadanlıqlarını, proqram təminatını quraşdırmaq və yoxlamaq;
  • İT dəstək, infrastrukturu və sistemləri idarə etmək;
  • Şəbəkə printerlərinin, şəbəkədə paylaşılan qovluqların, IP telefonların, marşrutlayıcı (router) və çeviricilərin (switch), şəbəkədə olan kamera və girişin idarə edilməsi mexanizminin və s. işləməsini təmin etmək;
  İş yeri:“Kaspi” Beynəlxalq Məktəbi (Ünvan: Natiq Əliyev 26) Son müraciət tarixi:16.06.2021 • Maraqlananlarwww.kaspi.edu.azveb səhifəsininKaryerabölməsindən yaxudhttps://www.kaspi.edu.az/career/linkindən daxil olaraqİşə müraciət formasınıdoldurmaqla müraciət edə bilərlər. • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq. İŞƏ MÜRACİƏT FORMASI

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.