Hal hazırda, komandamızda İnsan Resursları üzrə aparıcı mütəxəssis vakansiyası aktivdir. Tələblər: - İnsan resurslarının idarə edilməsi sahəsində minimum 2-3 il təcrübə; - Ali təhsil (İnsan Resursları idarə olunması, Menecment və digər uyğun iqtisadi sahələr üzrə ali təhsil arzuolunandır); - Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər normativ-hüquqi sənədləri, aktları yüksək səviyyədə bilmək; - Elektron Hökumət Portalları ilə (E-gov; E-sosial; İSB) işləmə bacarığı; - Microsoft Office (Word, Excel, Power Point, Visio) proqramlarında sərbəst işləmək; - Analitik düşünmə tərzi, ünsiyyətcil olmaq və təqdimat bacarığı; - Operativ və düzgün qərar vermək bacarığı; - Problemləri həll etmə bacarığı; Vəzifə öhdəlikləri: - Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin daxil edilməsi; - İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin uçotunun aparılmasına nəzarət edilməsi; - Əmək kitabçalarında
müvafiq qeydlərin aparılması; - Məzuniyyət cədvəllərinin tərtib olunması və izlənilməsi; - İş vaxtının uçotunu nəzarətdə saxlamaq və işçilərin gündəlik davamiyyət cədvəllərinə nəzarət edilməsi; - Aylıq tələb olunan İR hesabatlarını hazırlanması; - İş üçün müraciət edən namizədlərin müraciətlərinə baxılması və işə qəbul sisteminə əsasən ilkin müsahibələri təşkil edilməsi; - İR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi; - İşə qəbul və adaptasiya planının hazırlanması, plana uyğun olaraq yeni əməkdaşın adaptasiya olunması; İş şəraiti: - 6 günlük iş qrafiki; - İş yeri M.Əcəmi mst yaxınlığında yerləşir; - Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Əlaqə: Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə aparıcı mütəxəssis” yazmaqla ""[email protected]"" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.