“İnsan Resursları üzrə kiçik mütəxəssis” vakansiyası üçün 2 ay ərzində komandamızla birlikdə çalışacaq əməkdaş axtarışıdayıq. İş barədə məlumat: İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin qeydiyyatını aparmaq; Məzuniyyət ərizələrinin qəbul etmək və məzuniyyətləri rəsmiləşdirmək; Əmək kitabçalarını yazmaq; Kadr kargüzarlığına dair digər sənədləşmə işlərinin aparılmasını təmin etmək; Vakansiya tələbləri: Ali təhsil; Müvafiq sahə üzrə iş təcrübəsi (üstünlükdür); MS Office (MS Excel, MS Word, MS Outlook) proqramlarından sərbəst istifadə (xüsusilə “Excel” yaxşı səviyyədə); AR Əmək Qanunvericiliyi üzrə ilkin biliklər və “ƏMAS” portalında başlanğıc səviyyəsində işləmə bacarığı; Korporativ kommunikasiya bacarığı; Məsuliyyətli və diqqətli olmaq; Yenliklərə və inkişafa açıq olmaq; İş saatları: bazar ertəsi - cümə (09:00-18:00); Ünvan: “8 Noyabr” Prospekti 163; Əmək haqqı: 700 (GROSS); Komandamıza qoşulmaq istəyənlər "İnsan resursları üzrə kiçik mütəxəssis" başlığı altında CV faylını[email protected]elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az
Tik-tok: edumap.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.