"Expressbank" ASC-nin Katiblik şöbəsində, İnzibati işlər üzrə mütəxəssis vakansiyası aktivdir.
Tələblər:
Xanım namizəd.
Təhsil: Humanitar (Filoloji təmayül arzuolunandır)
Dillər: Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri bilgisi arzuolunandır
Bilik və bacarıqlar: Yazılı və şifahi Azərbaycan dilini yüksək səviyyədə bilmək.
Təcrübə: Tələb deyil
Dəqiqlik, səliqəlilik, məsuliyyət hissi, fikri bir neçə istiqamət üzrə bölüşdürmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bankın struktur bölmələrini dəftərxana ləvazimatı, texniki vasitələrlə təmin edir, onun səmərəli işlənməsinə imkan verən şərait yaradır;
- Rəhbərliyin imzası tələb olunan sənədləri strukturlardan qəbul edir, imzaya təqdim edir və aidiyyatı struktur bölmələr üzrə göndərilməsi işini təşkil edir;
- Rəhbərliyin digər müvafiq taprışıqlarını icra edir.
Tələblərə uyğun gələn xanım namizədlər öz CV-lərini müvafiq başlıq altında[email protected]mail ünvanına göndərə bilər.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.