Junior QA (Keyfiyyətə Nəzarət) Mütəxəssisi vakansiyası 

 

SAFAROFF Agency İşçi Axtarır!  

Safaroff Agency komandamıza yeni üzvlər qatılmağa hazırdır! Hazırda Junior QA (Keyfiyyətə Nəzarət) Mütəxəssisi vakansiyası üzrə işçi axtarırıq.

Junior QA (Keyfiyyətə Nəzarət) Mütəxəssisi

Əgər mobil və veb tətbiqlər sahəsində təcrübə qazanmaq və həmçinin kontent yerləşdirilməsi ilə işləməyi öyrənmək istəyirsinizsə, bu iş tam sizlikdir! Junior QA mütəxəssisi olaraq, tətbiqlərimizin keyfiyyətini yoxlayacaq, həmçinin kontentin düzgün yerləşdirilməsini təmin edəcəksiniz.

Tələblər:

  Detallara diqqət və öyrənməyə həvəs.

  Mobil və ya veb tətbiqlərlə maraq.

  Test planlarının və test ssenarilərinin hazırlanması bacarığı.

  Funksional və regresiya testləri aparmaq bacarığı.

  Problemlərin araşdırılması və hesabatların hazırlanması bacarığı.

  Kontentin düzgün yerləşdirilməsinin yoxlanılması.

  Dəqiq və məsuliyyətli olmaq.

 İş yeri: Bakı, Azərbaycan

 Müddət: Tam Ştat

Maraqlısınız? CV-nizi [email protected] ünvanına göndərin və mövzu hissəsində “Junior QA” vakansiyasını qeyd edin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.