Kapital Bazarı iştirakçıları ilə iş üzrə mütəxəssis vakansiyası. 

 

Bakı Fond Birjası komandamıza qoşul və kapital bazarının inkişafında rol al!

 

İşin təsviri: 

• Emitentlərə institusional dəstəyin təmin olunması. 

• Listinq prosesində uyğunluğun izlənməsi. 

• Kapital bazarındakı tendensiyaların sistemli və analitik şəkildə təhlili (bu vəzifənin əsas istiqamətləridir).

 

Tələblər

• Maliyyə sektorunda minimum 1 il peşəkar iş təcrübəsi və praktik biliklər.

• Maliyyə, İqtisadiyyat, Biznesin idarə olunması və ya oxşar sahədə ali təhsil dərəcəsi.

• Kapital bazarları və maliyyə alətləri sahəsində güclü maraq və dərin anlayış.

• Azərbaycan və İngilis dillərində əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları.

• Microsoft Office proqramlarında (Excel, Word, PowerPoint) peşəkar biliklər..

• Tapşırıqları yüksək məsuliyyətlə icra etmək, çevik düşünmək və peşəkar inkişafa yönəlik yanaşmaya malik olmaq.

 

Müraciət üçün CV-lərinizi mövzu hissəsində “Kapital Bazarı iştirakçıları ilə iş üzrə mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.