“Karyera imkanları platforması”na qeydiyyat başladı!

 

İş axtaran gənclərin nəzərinə!

 

Gələcək karyeranızda mühüm bir addım atmaq, peşəkar bacarıqlarınızı inkişaf etdirmək və birbaşa işəgötürən şirkətlərlə görüşərək real iş imkanları əldə etmək istəyirsiniz?

 

Elə isə sizi Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, eləcə də özəl şirkətlərin iştirakı ilə aprelin 28-dən mayın 2-dək Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksində baş tutacaq “Karyera imkanları platforması” çərçivəsində düşərgəyə dəvət edirik.

 

Proqram çərçivəsində sizi nə gözləyir?

İşəgötürən şirkətlərin nümayəndələri ilə birbaşa görüşlər;

 Karyera və şəxsi inkişaf üzrə təlimlər;

 Sahibkarlıq və məşğulluqla bağlı peşəkar məsləhətləşmələr.

 

Kimlər müraciət edə bilər? 

29 yaşına qədər ali, orta ixtisas və ya peşə təhsil müəssisələrindən məzun olmuş gənclər.

Qeydiyyat üçün link: https://forms.gle/baugjKVV7i8HifC6A

 

 Qeydiyyat üçün son tarix: 25 aprel, saat 18:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.