Matrix Academy – Təcrübə Proqramı
Matrix Academy karyerasını inkişaf etdirmək istəyən gənclər üçün iş imkanı olan Təcrübə Proqramına qəbul elan edir.
Aktiv Təcrübə Proqramları :
Business Development Specialist (Təcrübəçi)
Tələblər :
- Ali təhsil (biznes, marketinq və ya əlaqəli sahə)
- Yaxşı ünsiyyət və təqdimat bacarığı
- Analitik düşünmə və nəticəyönümlülük
- MS Office proqramlarında işləmə bacarığı
- Azərbaycan dili səlis, ingilis dili arzuolunandır
Aktiv Təcrübə Proqramları :
Program Coordinator (Təcrübəçi)
Tələblər :
• Humanitar və ya pedaqoji sahələr üzrə ali təhsil
• Güclü ünsiyyət və təşkilatçılıq bacarığı
• MS Office proqramlarında sərbəst işləmə bacarığı
• Məsuliyyətli və nəticəyönümlü
• Azərbaycan dili səlis, ingilis dili arzuolunandır
Təcrübə Proqramında Sizi Nələr Gözləyir ?
- Universitet İstehsalat Təcrübəsini Matrix Academy-də keçmək imkanı
- Təcrübəli mütəxəssislərlə bilik və bacarıqların inkişafı
- Networking imkanları
- Təcrübə sonunda tövsiyə məktubu və karyera dəstəyi
- Təcrübə sonunda sertifikat
- Uğurlu namizədlər üçün Matrix Academy-də iş imkanı
Şərtlər :
- Müddət: 3 ay
- İş qrafiki: Həftəiçi 5 gün, part-time (yarımştat)
- Təcrübə proqramı ödənişsizdir
Müraciət Qaydası :
CV-nizi [email protected] ünvanına göndərə bilərsiniz.
Mailin subject hissəsində müraciət etdiyiniz təcrübə proqramının adını qeyd etməyi unutmayın.
Qeyd: Maildə “Niyə məhz məni seçməlisiniz?” sualına qısa cavab yazan namizədlərə üstünlük veriləcək._