Karyeraya ilk addım – Təcrübə proqramı!

 

Gənclərin peşəkar inkişafına dəstək olmaq, yeni bilik və bacarıqlar qazanmalarına şərait yaratmaq məqsədilə Təcrübə proqramına start veririk!

 

Bu proqram çərçivəsində iştirakçılar:

 Praktiki təcrübə qazanacaq;

 Yeni bacarıqlar əldə edəcək;

 Peşəkar mühitlə tanış olacaq;

 Komanda ilə işləmək və özünü inkişaf etdirmək imkanları əldə edəcəklər;

 

Əgər karyerana ilk addımı atmaq, özünü inkişaf etdirmək və yeni təcrübələr qazanmaq istəyirsənsə, səni proqramımıza qoşulmağa dəvət edirik! 

 

Təcrübə istiqamətləri:

 Gənclərlə iş və idman sahəsi üzrə keçirilən tədbirlərinin təşkilatçı və iştirakçısına çevrilmək;

 Tədbirlərin təşkili və koordinasiyası;

 Layihələrin hazırlanması və həyata keçirilməsi prosesi

 Sosial media və SMM sahəsi

 Ofis və inzibati işlərin təşkilində iştirak

 

Namizədlərə tələblər

Proqrama aşağıdakı meyarlara cavab verən gənclər müraciət edə bilərlər:

 

 Gənclər və idman sahəsinə maraq göstərmək;

 18–25 yaş aralığında olmaq;

 Məsuliyyətli və intizamlı olmaq;

 Öyrənməyə və yeni biliklər əldə etməyə həvəsli olmaq;

 Təşəbbüskar və aktiv olmaq;

 Komandada işləmək bacarığına malik olmaq;

 Ünsiyyət və kommunikasiya bacarıqlarına malik olmaq;

 

Proqramın müddəti

3 ay

 

Keçirilmə məkanı

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

 

 Təcrübə proqramı gündəlik 3-4 saat olmaqla həyata keçiriləcək.

Qeyd edək ki, namizədlər müsahibə əsasında seçiləcək

Proqramın sonunda təcrübə proqramını uğurla tamamlayan iştirakçılara sertifikat təqdim olunacaq.

 

 Qeydiyyatdan keç, imkanını qaçırma!

 Qeydiyyat linki: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.