"Kaspi" Təhsil Şirkəti Psixoloq vəzifəsi üzrə vakansiya elan edir.

 

Minimum vakansiya tələbləri:

Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;

Sahə üzrə 2 illik təcrübə.

 

Tələb olunan bilik və bacarıqlar:

Peşəsinə yüksək motivasiya ilə yanaşma;

Fərdi və komandada işləmək bacarığı;

Yüksək çalışmaq və öyrətmək həvəsi;

Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı.

 

Əsas öhdəliklər:

Şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq və təhlil etmək, müvafiq hərəkət planı hazırlamaq və tədbiqini izləmə;

Təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqları müəyyən edib, sinif rəhbəri və valideyni ilə inkişaf planını hazırlamaq və tətbiqini izləmək;

Liseyin pedaqoji heyətini təhsildə psixologiya mövzusunda mütəmadi marifləndirmək;

Psixodiaqnostik iş zamanı psixi cəhətdən inkişaf edən şagirdləri, effektiv-emosional pozuntulara və pis davranışa meylli olan şagirdləri, habelə ümumi və xüsusi istedadı olan şagirdlərin müəyyən olunması, onlarla müvafiq işin aparılması;

Psixodiaqnostik işin gedişində əldə edilmiş məlumatların təhlili əsasında uşaqlarla, valideyn və müəllimlərlə həm fərdi, həm də qrup şəklində aparılacaq korreksiya işinin proqramını hazırlamaq;

 Uşaqların təlim-tərbiyəsi problemləri ilə bağlı müvafiq direktor müavininə, müəllimlərə, valideynlərə məsləhətlər vermək;

Ehtiyac olan mövzularda müəllim kollektivinə və valideynlərə seminarlar təşkil etmək;

Şagirdlər üçün aktiv, tətbiqi və  yaradıcı öyrənmə mühiti təşkil etmək, onların fərdi və qrup şəklində öyrənməsini təmin etmək.

 

“Kaspi” Təhsil Şirkəti bizimlə işləməyin müqabilində sizə təklif edir:

Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;

Fərdi və peşəkar inkişaf imkanları;

Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;

Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;

Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.

İş yeri: “Kaspi” Liseyi ;

Son müraciət tarixi: 20.12.2025

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən

İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/)

Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

İŞƏ MÜRACİƏT FORMASI

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.