"Kaspi" Təhsil Şirkəti Təcrübə Proqramını elan edir.

Kaspi Təhsil Şirkətinin ikihissəli pedaqoji təcrübə proqramına Sən də qoşul!

Müddət: 6 oktyabr 2025– 6 yanvar 2026

Məkan: Kaspi Təhsil Şirkəti-nin müəssisələri

Məqsəd:

Gənc müəllim namizədlərinə real dərs mühitində təcrübə qazandırmaq, metodiki biliklərini artırmaq və onları pedaqoji fəaliyyətə peşəkar şəkildə hazırlamaq.

Nəzəri mərhələ (Təlim və inkişaf):

Müasir təlim metodları

Pedaqoji psixologiya və şagirdlə davranış

Dərs planlaşdırılması və tətbiqi

Qiymətləndirmə meyarları və rubrikləri

Praktiki mərhələ (Dərs müşahidəsi və tətbiqi):

Təcrübəli müəllimlərlə birgə dərs müşahidəsi

Kiçik qruplarla təlim təcrübəsi

Aylıq tədris planı hazırlanması

Real şagird qrupu ilə mini-dərs

Effektiv təqdimat və sinif idarəetməsi

Mentor dəstəyi və rəy bildirişləri

 Axtardığımız namizədlər:

Pedaqoji ixtisas üzrə son kurs tələbələri və ya yeni məzunlar

Öyrətməyə və öyrənməyə maraqlı

Məqsədli, təşəbbüskar və məsuliyyətli

Komanda işi və şagirdlərlə işləməyə açıq

 

Təklif etdiklərimiz:

Təcrübəli pedaqoq və təlimçilərdən nəzəri biliklər

Real dərs mühitində təcrübə

Mentor dəstəyi və rəy görüşləri

Sertifikat

 

• Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsindən yaxud https://www.kaspi.edu.az/career/ linkindən daxil olaraq İşə müraciət formasında TƏCRÜBƏÇİ vəzifəsini seçərək müraciət edə bilərlər.

• Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq. 

İŞƏ MÜRACİƏT FORMASI

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.