Xonça Fabriki “Keyfiyyətə nəzarət üzrə mütəxəssis”  vakansiyası ilə bağlı işə qəbul elan edir!

 

Tələblər:

-Ali təhsil (Standartlaşdırma, Qida təhlükəsizliyi, Qida məhsullarının ekspertizası, Qida məhsullarının texnologiyası, Keyfiyyətə Nəzarət, Kimya, Biologiya);

- Rus dili və İngilis dili ( ən azı bir dil B1 səviyyəsində ) biliyi olması üstünlükdür.

- İSO 22000 və İSO 9001 üzrə sertifikatların olması üstünlükdür;

- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olması arzuolunandır;

- MS Office (Exceldə işləmə bacarığı yüksək olmalıdır);

- Kommunikasiya, Planlama və təşkilatçılıq, Komanda ilə işləmə, Qərarvermə, Konfliktlərin idarə edilməsi;

- İSO 9001 və İSO 22000 standartları üzrə nəzəri və praktiki biliklər;

- Kimya və Biologiya sahəsi üzrə nəzəri biliklər.

 

Vəzifə öhdəlikləri:

- Şirkətdə inteqrə edilmiş idarəetmə sisteminin (İSO standartları, BRS, FSSC və s.) tətbiqində iştirak etmək;

- Qida təhlükəsizliyinin minimal tələbləri haqqında personalların təlimləndirilməsini təmin etmək;

 - Qəbul edilən məhsulların qanunvericiliklə müəyyən edilmiş sertifikatlarının mövcudluğuna nəzarəti təmin etmək;

- Məhsulların daşınma nəqliyyatlarının gigiyenik vəziyyətinə və daşınan məhsullara və məhsulların anbara girişinə, saxlanılmasına nəzarət etmək;

- İstehsal, qeyri-istehsal və anbar sahələrinin, personalların sanitar gigiyenik vəziyyətinə nəzarət etmək;

- Məhsulların, təsdiqlənmiş plana uyğun analiz olunmasını təşkil etmək;

- PEST control işlərinə nəzarət etmək;

- Fəaliyyəti ilə bağlı günlük, aylıq və rüblük hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək;

- Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı müəyyən olunmuş tədbirlərin icrası və effektivliyinə nəzarət etmək.

 

Təminatlar:

- Nahar ilə təmin edilmə;

- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

- 5 günlük iş qrafiki ( gecə və gündüz növbəli );

- Servis xidməti.

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.