Restoran və Keyterinq sahəsində fəaliyyət göstərən şirkətimizə Keyfiyyətə Nəzarət üzrə təcrübəçi axtarırıq!
Əsas vəzifə və öhdəliklər:
• İstehsal prosesində məhsulun keyfiyyət göstəricilərinin izlənilməsində iştirak;
• Xammal, yarımfabrikat və hazır məhsulun keyfiyyət standartlarına uyğunluğunun yoxlanılmasına dəstək;
• Gigiyena, sanitariya və qida təhlükəsizliyi qaydalarına əməl olunmasının monitorinqində iştirak;
• Gündəlik keyfiyyət yoxlamalarının aparılması və nəticələrin qeydiyyatı;
• Uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması prosesində keyfiyyət komandasına dəstək;
• Şöbənin gündəlik əməliyyat fəaliyyətlərinin icrasında iştirak.
Tələblər:
• Qida texnologiyası, qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə ali təhsil (yeni məzunlara üstünlük verilir);
• Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi sahəsində karyera qurmaq istəyi;
• Məsuliyyətli, diqqətli və öyrənməyə açıq olmaq;
• MS Office proqramları üzrə baza bilikləri;
• Analitik düşüncə, detallara diqqət və komandada işləmə bacarığı.
Təklif edirik:
• Qida istehsalı sahəsində keyfiyyətə nəzarət üzrə praktiki iş təcrübəsi;
• Peşəkar inkişaf və mentor dəstəyi;
• Təcrübə müddətinin sonunda daimi iş imkanı;
• Karyera inkişafı üçün stabil və dəstəkləyici iş mühiti;
• İş qrafiki: 08:00–17:00;
• İş yeri: Ağ Şəhər;
• Nahar və yol xərci qarşılanır;
• Təcrübə müddəti – 2 ay.
Tələblərə cavab verən namizədlərdən məktubun mövzu (subject) hissəsində “Keyfiyyətə Nəzarət üzrə Təcrübəçi” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərmələri xahiş olunur.

