Vəzifə : “Kiçik hüquqşünas/hüquqşünas”

 

Əsas vəzifə öhdəlikləri:

·     Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;

·     Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;

·     Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;

·     Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi.

 

Tələb olunan bilik və bacarıqlar:

·     Microsoft Office proqramlarında işləmək bacarığı; 

·     İşində dəqiqlik və detallara diqqətlilik;

·     Məsuliyyətlilik;

·    Kommunikasiya.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·     Ali təhsil(müvafiq sahə üzrə)

·     Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;

·     İngilis və rus dili bilikləri üstünlükdür;

·     Məhkəmə və icra orqanlarında eləcə də korporativ hüquq sahəsində minimum 1 (bir) il hüquq təcrübəsi.

 

İş şərtlərimiz:

 

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kiçik hüquqşünas/hüquqşünas" yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.