Vakansiya: Kiçik Mühasib (Otel/Restoran Təcrübəli)
Şirkət: Delux Park Qusar
Ünvan: Qusar rayonu
İş qrafiki: 5 günlük iş həftəsi
Əməkhaqqı: Müsahibə əsasında
İşin Təsviri və Öhdəliklər:
• Restoran və otel üzrə gündəlik kassa hesabatlarının yoxlanılması və daxili proqramlara işlənməsi;
• Tədarükçülərdən (postavşiklərdən) gələn qaimə-fakturaların daxil edilməsi və qarşılıqlı üzləşmə aktlarının tərtib edilməsi;
• Anbar daxilolmaları, silinmələr və inventarizasiya (sayım) nəticələrinin mühasibatlıq proqramında əks olunması;
• İlkin mühasibat sənədlərinin (mədaxil-məxaric orderləri, hesabatlar və s.) qaydaya salınması və arxivlənməsi;
• Baş mühasibin və ya maliyyə menecerinin verdiyi digər cari tapşırıqların yerinə yetirilməsi.
Namizədə Dair Tələblər:
• Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat sahəsində ali/orta ixtisas təhsili;
• Otel və ya restoran sferasında mühasib köməkçisi / kiçik mühasib / anbar mühasibi olaraq ən azı 1 il iş təcrübəsi;
• 1C (8.3 versiyası) və MS Excel proqramlarında sərbəst işləmək bacarığı (Otel/restoran idarəetmə proqramları bilikləri üstünlükdür);
• Riyazi hesablama aparma, analitik düşünmə və rəqəmlərlə diqqətli işləmək qabiliyyəti;
• Komandada işləmək bacarığı, məsuliyyətlilik və dürüstlük.
Biz Nə Təklif Edirik?
• Şirkət tərəfindən yaşayış yeri (qalmağa yer) təminatı;
• Şirkət hesabına gündə 3 dəfə qidalanma;
• Güclü maliyyə komandası daxilində peşəkar təcrübə qazanmaq və yüksəlmək imkanı.
• Qusar rayon mərkəzindən servis
Müraciət üçün:Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə "Kiçik Mühasib" yazmaqla və əməkhaqqı gözləntilərini qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.


