Vakansiya: Kiçik Mühasib

 

ENAM Company MMC komandasına sənədləşmə və mühasibatlıq əməliyyatlarının koordinasiyasında iştirak edəcək məsuliyyətli və öyrənməyə həvəsli Kiçik Mühasib axtarır.

 

Qeyd: Bu vəzifə tam mühasibat uçotu və vergi hesabatlarının aparılmasını əhatə etmir. Vakansiya əsasən gündəlik sənədləşmə, əməliyyatların koordinasiyası və dəstək funksiyalarını əhatə edir.

 

Əsas vəzifələr

• Təhvil-təslim aktlarının hazırlanması;

• Satınalma məhsulları üzrə qiymət cədvəllərinin hazırlanması;

• Alınan mallar üzrə ödəniş məlumatlarının toplanması və hesabatlarının hazırlanması;

• Malların təhvil verilməsi ilə bağlı elektron qaimələrin vaxtında rəsmiləşdirilməsinə nəzarət;

• Xarici ödənişlər üzrə ödəniş tapşırıqları, SWIFT sənədləri və digər maliyyə sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;

• Məhsullar üzrə daşınma və logistika xərclərinin qruplaşdırılması;

• Hazırlanmış məlumat və sənədlərin logistika əməkdaşları, brokerlər və aidiyyəti şəxslərə operativ şəkildə ötürülməsi;

• Mühasibatlıq şöbəsinin gündəlik əməliyyatlarında inzibati dəstəyin göstərilməsi.

 

Tələblər

• Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil;

Reklam

• Mühasibatlığın əsas prinsipləri barədə ilkin biliklər;

• Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;

• Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;

• Yüksək məsuliyyətlilik, diqqətlilik, sənədlərlə işləmə bacarığı və komanda ilə effektiv əməkdaşlıq.

 

Biz təklif edirik

• Peşəkar və inkişafyönümlü komandada çalışma imkanı;

• Mühasibatlıq və maliyyə prosesləri üzrə praktiki təcrübə qazanmaq imkanı;

• Karyera inkişafı perspektivi;

• Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;

• Əmək haqqı bilik və bacarıqlara əsasən müsahibə əsasında müəyyən ediləcək.

 

Müraciət qaydası:

CV-nizi mövzu hissəsində “Kiçik Mühasib” qeyd etməklə [email protected] e-poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.