Azərbaycan Supermarket MMC "Kiçik qrafik dizayner" vakansiyasını elan edir.

 

Vəzifə öhdəlikləri:

• Qrafik dizayn və vizual kommunikasiya prinsipləri;

• Adobe InDesign ilə kataloq və çoxsəhifəli materialların hazırlanması və səhifələnməsi;

• Adobe Photoshop və Illustrator ilə peşəkar dizayn və foto email;

• Çap məhsullarının və prepress tələblərinin hazırlanması;

• CMYK, RGB, Pantone, Bleed, Crop Marks və digər çap texniki tələbləri üzrə bilik;

• Çap üçün print-ready faylların hazırlanması və texniki yoxlanılması;

• Poster, flyer, buklet, banner, POSM və mağazadaxili materialların hazırlanması;

• Mövcud dizaynların müxtəlif format və ölçülərə adaptasiyası;

• Brand Guideline və korporativ vizual standartlara uyğun dizayn hazırlanması;

• Şəkil, mətn, qiymət və məhsul məlumatlarının dizayna düzgün inteqrasiyası;

• AI alətlərindən istifadə etməklə vizual və kontent ideyalarının hazırlanması;

• Bir neçə dizayn layihəsinin paralel idarə olunması və deadline-lara riayət edilməsi;

• Fayl formatları, ölçülər, rezolyusiya və rəqəmsal/çap platformalarının texniki tələbləri üzrə bilik.

 

Tələblər:

• Təhsil: Marketinq, Vizual Kommunikasiya, Dizayn, Memarlıq və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;

• Təcrübə: Müvafiq sahə üzrə ən azı 6 aylıq iş təcrübəsi;

• Adobe InDesign, Adobe Photoshop, Adobe Illustrator, Adobe Acrobat proqramları üzrə biliklərin olması; 

• Microsoft Office (Word, Excel, PowerPoint) – orta səviyyədə

• Figma – üstünlükdür;

• Canva – üstünlükdür;

• AI əsaslı dizayn və kontent alətləri: ChatGPT, Gemini, Adobe Firefly, Midjourney və s. – üstünlükdür;

• Faylların çap üçün hazırlanması, PDF formatları və əsas prepress prosesləri üzrə kompüter bilikləri;

• Rəqəmsal faylların düzgün formatlaşdırılması, ölçüləndirilməsi və texniki tələblərə uyğun hazırlanması.

 

Maraqlanan namizədlər [email protected] email ünvanına “Kiçik qrafik dizayner” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.