Kommersiya üzrə kiçik mütəxəssis vakansiyası

 

 

 İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir

 Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur

 İş yeri: “Melissa Group”

İşin Təsviri:

Kommersiya təkliflərinin hazırlanması və müqayisəli təhlilin aparılması;

Təchizatçılar və podratçılarla ilkin danışıqların aparılması;

Tikinti layihələri üzrə satınalma və xərclərin hesablanmasında iştirak;

Müqavilələrin şərtlərinin hazırlanması və icra prosesinə nəzarətə dəstək;

Kommersiya sənədlərinin arxivləşdirilməsi və sistemə daxil edilməsi;

Rəhbərliyin verdiyi digər tapşırıqaların icrası.

 Namizədə Tələblər:

Ali təhsil (İqtisadiyyat, Menecment, Tikinti mühəndisliyi və ya əlaqədar sahə üzrə arzuolunandır);

Sahə üzrə 1 ilə qədər iş təcrübəsi (təcrübəsi olmayan namizədlərə öyrədilmə imkanı təqdim edilir);

MS Office proqramları ilə işləmə bacarığı (xüsusilə Excel);

Analitik düşüncə və təhlil aparmaq bacarığı;

Yüksək ünsiyyət bacarığı, dəqiqlik, məsuliyyətli və detallara diqqətli olmaq;

Komanda ilə işləmə bacarığı.

Müraciət qaydası:

 Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Kommersiya üzrə kiçik mütəxəssis” qeyd edərək, [email protected] ünvanına göndərmələri xahiş olunur.

 Qeyd: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.