Kompüter Elmləri departamentinin Assistenti vakansiyası
Xəzər Universiteti Kompüter Elmləri Departamentinin fəaliyyətinin səmərəli təşkilinə töhfə verə biləcək, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik namizədləri Departament Assistenti vəzifəsinə müraciət etməyə dəvət edir.
Əsas vəzifə öhdəlikləri:
-Departamentin gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiyasını həyata keçirmək;
-Tədris proqramları, sillabuslar və digər akademik sənədlərin hazırlanması və yenilənməsi prosesində departament rəhbərliyinə dəstək göstərmək;
-Departament üzrə hesabatların və digər sənədlərin hazırlanmasında iştirak etmək;
-Universitetin digər struktur bölmələri ilə işgüzar əlaqələrin koordinasiyasını həyata keçirmək;
-Departament iclaslarının təşkilinə dəstək göstərmək, iclas protokolların tərtib edilməsini təmin etmək;
-Beynəlxalq tərəfdaşlarla yazışmaların və əməkdaşlıq fəaliyyətlərinin təşkilinə dəstək göstərmək;
-Seminar, təlim, konfrans və digər akademik tədbirlərin təşkilində iştirak etmək;
-Tələbələrin təcrübə, layihə və akademik fəaliyyətlərinin koordinasiyasını təşkil etmək;
-Departament müdiri tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər:
-Uyğun profil üzrə magistr təhsili;
-Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
-MS Office proqramlarında sərbəst işləmək bacarığı;
-Sənədlərlə işləmək və hesabat hazırlamaq bacarığı;
-Yüksək təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı;
-Məsuliyyətlilik və təşəbbüskarlıq.
Maraqlanan namizədlər CV-lərini 31 avqust 2026-cı il tarixinə kimi "Kompüter Elmləri Departamentinin Assistenti" başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.