Qarabağ və Şərqi Zəngəzur gənclərinin nəzərinə! 

 

“Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi bu dəfə Konstitusiya Suverenlik İli çərçivəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə daha maraqlı və rəngarəng proqramla həyata keçiriləcəkdir! 

 

Əgər sən də şəbəkələşmək, Qarabağ və Şərqi Zəngəzurda dirçəlişlə bağlı ideyalarını bölüşmək, işğaldan azad olunmuş ərazilərdə könüllü fəaliyyətinə töhfə vermək, interaktiv təlimlər, tematik vörkşoplar, intellektual və komanda oyunları vasitəsilə əylənərək öyrənmək istəyirsənsə, elə indi müraciət et, düşərgədə iştirak şansı qazan.

 

Düşərgə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 18-25 yaş arası könüllü gənclər üçün 23-26 oktyabr tarixlərində Şəki Olimpiya İdman Kompleksində baş tutacaqdır

 

  Qeydiyyat üçün link: LİNK

 Qeydiyyat üçün son tarix: 18 oktyabr, saat 13:00

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.