Könüllü olmaq istəyən gənclərin nəzərinə!
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) fəaliyyətinə qoşulmaq istəyən 17-29 yaşarası hər bir gənc “riib.az” saytı vasitəsilə qeydiyyatdan keçərək könüllü olmaq üçün müraciət edə bilər.
Qeyd edək ki, ölkə üzrə şəbəkələşmiş RİİB könüllüləri ictimai nəzarətin həyata keçirilməsi, vətəndaş müraciətlərinə baxılması, müxtəlif sahələrdə layihə və sosial aksiyaların reallaşdırılmasında İctimai Birliyin fəaliyyətinə yaxından dəstək verir. “Regional İnkişaf” İctimai Birliyi tərəfindən könüllülərin şəxsi inkişafı, bilik və bacarıqlarının artırılması, ölkənin sosial-ictimai həyatında fəal iştiraklarının təmin edilməsi məqsədilə davamlı iş aparılır.
Qeydiyyat linki: LİNK