TƏBİB-in tabeliyində olan Bakı Baş Səhiyyə Mərkəzinin tibb müəssisələrində “Könüllü TƏBİB” layihəsinin tətbiqinə start verilir.

 

 Proqramın məqsədi layihədə iştirak edən könüllülərin:

·      Vətəndaşlara xidmət sahəsində təcrübə qazanması

·      Vətəndaşlarla effektiv ünsiyyət və davranış vərdişlərinin yaranması

·     Korporativ iş mühitində praktiki bilik və bacarıqlarının artırılması

·      Fərdi və peşəkar inkişafına, həmçinin karyera istiqamətlərinin formalaşmasına dəstək göstərilməsi

 

 

 Könüllülərin vəzifələri:

·      Təhkim olunduğu şöbənin fəaliyyətinə əsasən vətəndaşlara dəstək göstərmək

·      Vətəndaş məmnunluğunun qiymətləndirilməsi məqsədilə sorğular həyata keçirmək

 

 

Namizədlərə dair tələblər:

·      16–29 yaş arası şəxslər

·      Ünsiyyət və komanda ilə işləmə bacarıqlarına malik olmaq

·      Məsuliyyətli və intizamlı olmaq

 

 Proqram çərçivəsində:

·      Könüllülər fəaliyyətə başlamazdan əvvəl müvafiq təlimlərə cəlb olunacaqlar

·      Fəaliyyət müddətində koordinator və tibb müəssisəsi tərəfindən təyin olunmuş məsul şəxs tərəfindən fəaliyyətləri əlaqələndiriləcəkdir

 

 Proqramın müddəti: 2 (iki) ay

 

 Proqramın sonunda:

·      Könüllülərə sertifikat və tövsiyə məktubları təqdim olunacaqdır

 

Son müraciət tarixi: 12.07.2026

Ödənişsiz könüllü layihəsinə müraciət üçün: LİNK

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.