AMEA Arxeologiya və Antropologiya İnstitutunun İçərişəhərdəyerləşən Muzey-sərgi zalında gənclər üçün elmi-praktikyönümlü könüllülük proqramı həyata keçiriləcək.
Muzey işi və arxeoloji irsin təqdimatı sahəsində nəzəri vəpraktiki biliklər əldə etmək, tarixi və arxeoloji artefaktlarlaişləmək bacarıqlarını inkişaf etdirmək, elmi və ictimai fəaliyyətistiqamətində təcrübə qazanmaq istəyən gəncləri könüllülükproqramında iştirak üçün müsabiqəyə dəvət edirik.
Müsabiqədə iştirak üçün əsas tələblər
1. İntizamlılıq, məsuliyyətlilik, ünsiyyət və kollektivdəişləmək bacarığı, təşəbbüskarlıq və xarici dil biliklərinəmalik namizədlərə üstünlük veriləcəkdir.
2. Tarix, tarix müəllimliyi, arxeologiya, antropologiya, muzeyşünaslıq, incəsənət, turizm və digər əlaqəli ixtisaslarüzrə təhsil alan namizədlərə üstünlük veriləcəkdir.
3. Proqrama seçim təqdim olunmuş CV və elektron müraciətforması əsasında aparılacaqdır. İlkin seçim mərhələsindənuğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.
4. Seçilmiş iştirakçılar proqram çərçivəsində nəzəri təlimlərəvə praktiki fəaliyyətlərə cəlb olunacaqlar.
Proqramın əsas istiqamətləri
Könüllülük proqramı çərçivəsində iştirakçılara:
• muzey işi və ekspozisiya fəaliyyəti;
• arxeoloji və tarixi irsin təqdimatı;
• tarixi və arxeoloji artefaktlarla işləmə prinsipləri;
• elmi-populyar təqdimat və kommunikasiya;
• muzey bələdçiliyi;
• arxeologiya və əlaqəli humanitar elmlər üzrə ümumi biliklər;
• elmi-praktiki fəaliyyət və komanda işi
istiqamətlərində nəzəri və praktiki biliklərin əldə edilməsiimkanı yaradılacaqdır.
Proqramın təlim və praktiki təcrübə mərhələləri ardıcıl şəkildəhəyata keçiriləcəkdir.
Proqramın nəticələri və iştirakçılar üçün imkanlar
Proqramı uğurla başa vuran iştirakçılara AMEA Arxeologiya vəAntropologiya İnstitutu adından sertifikat təqdimediləcəkdir.
Proqramın nəticələrinə əsasən fərqlənən və ən yüksəkgöstəricilər nümayiş etdirən iştirakçılar mükafatlandırılacaq vəİnstitut rəhbərliyi adından diplomla təltif olunacaqlar.
Bununla yanaşı, proqramı uğurla başa vuran və elmi-ictimaifəaliyyətə maraq göstərən iştirakçılar üçün Muzey-sərgi zalınəzdində fəaliyyət göstərən “Arxeoloji Dərnək”də elmi vəictimai fəaliyyətlərini davam etdirmək imkanıyaradılacaqdır.
Bu imkan könüllülük proqramının iştirakçılarına əldə etdikləribilik və təcrübəni davamlı şəkildə inkişaf etdirmək, elmi vəmaarifləndirici layihələrdə iştirak etmək, arxeologiya və mədəniirs sahəsində fəaliyyət göstərən mütəxəssislərlə ünsiyyət qurmaqvə gələcək peşəkar inkişafları üçün yeni təcrübə qazanmaqimkanı verəcəkdir.
Müraciət
Müraciətlərin qəbulu üçün son tarix: 30 sentyabr 2026-cı il
Namizədlərdən CV-lərini hazırlamaları və aşağıdakı elektronmüraciət formasını doldurmaları xahiş olunur.
Əlaqə:
E-mail: [email protected]
Telefon: +994 12 510 84 19
Müraciət forması: FORM
AMEA Arxeologiya və Antropologiya İnstitutu gəncləriAzərbaycan tarixinin və arxeoloji-mədəni irsinin öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirilən bu təşəbbüsəqoşulmağa dəvət edir.