AZCON Holding Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin böyük mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər:
• Kommunikasiya, ictimaiyyətlə əlaqələr və ya hashtag#jurnalistika üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır);
• Media ilə əlaqələrin qurulması və idarə olunması;
• Rəsmi bəyanatlar, press-relizlər və digər məlumat materiallarının hazırlanması və yayılması;
• Mətbuat konfransları, brifinqlər və digər ictimai tədbirlərin təşkil edilməsi və əlaqələndirilməsi;
• İctimai rəy, media analitikası və hashtag#PR fəaliyyəti üzrə hesabatların hazırlanması;
• Jurnalistika sahəsində təcrübə;
• Medianın və ictimai rəyin idarə olunması üzrə strateji yanaşma;
• Kommunikasiya və maraqlı tərəflərlə effektiv ünsiyyət bacarığı;
• Komanda ilə işləmə bacarığı;
• Müvafiq sahə üzrə ən azı 5 illik peşəkar təcrübə;
• Dövlət qurumlarında peşəkar təcrübə üstünlükdür;
• Azərbaycan dili (mükəmməl səviyyədə), ingilis dili (yüksək səviyyədə), rus dili (yüksək səviyyədə).
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Böyük mütəxəssis – Korporativ kommunikasiya” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
️ Son müraciət tarixi: 25 sentyabr 2025-ci il